Tuncay Şanlıdan şok qərar: Əlvida, deputat qızı!
20.02.2009 - 11:12
Tuncay Şanlıdan şok qərar: Əlvida, deputat qızı!
Türkiyə yığmasının və “Middlsbro” klubunun futbolçusu Tuncay Şanlı şok effektli qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu sevgilisi Selen Sevigendən ayrılıb. Halbuki onların ən yaxın günlərdə nişanlanacağı və yayda rəsmən ailə quracaqları bildirilirdi.

Futbolçunun ayrılıq qərarı ona görə böyük əks-səda doğurub ki, onun sevgilisi Selen kifayət qədər tanınmış ailədən idi. O, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, deputat Mehmet Sevigenin qızıdır.

Selenlə sevgi münasibətlərini kəsən Tuncay bundan sonra onunla dost qalacağını bildirib. Hücumçu ailə qurmaq fikrindən daşınmasını belə izah edib: “Mənim yeganə sevgilim futboldur”.

Qeyd edək ki, Selen Tuncaydan 3 yaş böyükdür. O, Bilkənd Universitetinin iqtisadiyyat fakültəsini bitirdikdən sonra İngiltərə və ABŞ-da musiqiçilik, eləcə də aktyorluq ixtisasları üzrə təhsil alıb, vətənində bir neçə filmə çəkilib. Deputat qızı “O indi məhkum” və “O... uşaqları” filmlərinə çəkilməsi ilə də məşhurluq qazanıb.
0