Çempionatın finalında seks qalmaqalı - FOTO
20.02.2009 - 12:45
Çempionatın finalında seks qalmaqalı - FOTO
Amerika futbolu üzrə ABŞ çempionatının final oyununun teleyayımı zamanı qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, bunu tamaşaçılara “Pitsburq Stilers” - “Arizona Kardinals” (27:23) qarşılaşmasını yayımlayan KVOA telekanalı yaşadıb.

Belə ki, böyük maraqla izlənilən matçın startından bir neçə dəqiqə sonra qəflətən yayım kəsilib. Əvəzində, efirdə yarım dəqiqə ərzində porno ulduz Cenna Ceymsonun çəkildiyi filmlərindən biri göstərilib. Canlı yayımdakı anlaşılmazlıq tamaşaçıların kəskin narazılığına səbəb olub. KVOA rəhbərliyi bu məsələdə yayımı təşkil edən firmanı günahlandırıb.

Qeyd edək ki, bu, Amerika futbolu üzrə çempionatların finalında ilk seks qalmaqalı deyil. Beş il öncə yarışın həlledici qarşılaşmasının fasiləsində məşhur müğənni Castin Timberleyk Ceynt Ceksonla mahnı oxuyarkən, cütlük seksual hərəkətləri ilə diqqət mərkəzinə gələrək, böyük qalmaqal yaratmışdı.
0