Veteran futbolçular Anatoli Banişevskini yad etdilər - FOTO
23.02.2009 - 15:06
Veteran futbolçular Anatoli Banişevskini yad etdilər - FOTO
Bu gün Azərbaycan futbolunun ən görkəmli nümayəndələrindən biri, uzun illər “Neftçi” klubunun heyətində çıxış etmiş Anatoli Banişevskinin anadan olmasının 63-cü ili tamam olur. Apasport.az saytının məlumatına görə, bu münasibətlə AFFA rəhbərliyi, ölkə futbol ictimaiyyətinin nümayəndələri və veteran futbolçular mərhum hücumçunun məzarını ziyarət edərək, qəbirüstü abidəsinin önünə əklil qoyublar.

İlk olaraq AFFA İcraiyyə Komitəsinin üzvü, professor Ələkbər Məmmədov çıxış edərək Banişevskinin futbolçu karyerası, həmişə “Neftçi” klubuna sadiq qalması barədə danışıb, mərhum futbolçu ilə bağlı xatirələrini yada salıb. AFFA-nın baş katibi Elxan Məmmədov Banişevskinin Azərbaycan futbolu tarixində əhəmiyyətli mövqe tutduğunu bildirib və onun əziz xatirəsinin həmişə böyük hörmət hissi ilə anılacağını söyləyib.

Sonra Regional Futbol Federasiyalarının prezidenti İskəndər Cavadov, RFF-in vitse-prezidenti Maşallah Əhmədov, futbol veteranları Siyavuş İbrahimov, Oqtay Abdullayev, Səmədağa Şıxlarov, Nazim Süleymanov və başqaları çıxış edərək, Anatoli Banişevski ilə bağlı xatirələrini yada salıb, onun parlaq xatirəsinin futbolsevərlərin yaddaşından heç zaman silinməyəcəyini söyləyiblər.

mənbə: affa.az
0