Almanların böyük, ingilislərin minimal hesablı qələbəsi
26.02.2009 - 01:37
Almanların böyük, ingilislərin minimal hesablı qələbəsi
Avropanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında 1/8 final mərhələsinin ilkin görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, bu matçlarda ən gözlənilməz nəticə Lissabonda qeydə alınıb. Almaniya çempionu “Bavariya”nı qəbul edən yerli “Sportinq” qapısından 5 cavabsız top buraxıb.

Bundan başqa, doğma meydanda “Liverpul”a uduzan “Real” da 1/4 finala yüksəlmək işini çətinə salıb. İlkin oyunlardan dördü heç-heçə ilə nəticələnib.

25 fevral


23:45 "Real" (İspaniya) — "Liverpul" (İngiltərə) - 0:1

Baş hakim: Roberto Rozetti (İtaliya)
QOL: Benayun, 82

23:45 "Çelsi" (İngiltərə) — "Yuventus" (İtaliya) - 1:0
Baş hakim: Oleqario Benkerensa (Portuqaliya)
QOL: Droqba, 12

23:45 "Vilyarreal" (İspaniya) — "Panatinaikos" (Yunanıstan) - 1:1
Baş hakim: Konrad Plauts (Avstriya)
QOLLAR: Rossi, 66 (penaltiylə)- Karaqunis, 59

23:45 "Sportinq" (Portuqaliya) — "Bavariya" (Almaniya) - 0:5
Baş hakim: Bertnan Layek (Fransa)
QOLLAR: Riberi, 41; 63; Kloze, 57; Toni, 84; 90


24 fevral

23:45 "Atletiko" (İspaniya) — "Portu" (Portuqaliya) - 2:2

Baş hakim: Hovard Uebb (İngiltərə)
QOLLAR: Maksi Rodriges, 2; Forlan, 45 - Lisandro Lopes, 23; 73

23:45 "Lion" (Fransa) — "Barselona" (İspaniya) - 1:1
Baş hakim: Volfqanq Ştark (Almaniya)
QOLLAR: Juninyo,7 - Tyeri Anri, 67

23:45 "Arsenal" (İngiltərə) — "Roma" (İtaliya) - 1:0
Baş hakim: Klaus Bu Larsen (Danimarka)
QOL:Van Persi, 36 (penaltiylə)

23:45 "İnter" (İtaliya) — "Mançester Yunayted" (İngiltərə) - 0:0
Baş hakim: Luis Medina Kantalexo (İspaniya)

Cavab matçları martın 10-11-də gerçəkləşəcək.
0