Bakıda növbəti Avropa çempionatı
25.02.2009 - 16:55
Bakıda növbəti Avropa çempionatı
2010-cu ildə kikboksinq üzrə kişilər arasında Avropa çempionatı Bakıda keçiriləcək. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bunu Azərbaycan Kikboksinq Federasiyasının rəsmisi Sadıq Bağırov deyib.

Onun sözlərinə görə, məsələ bu gecə ölkəmizə təşrif buyuracaq Beynəlxalq Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Ennio Falsoninin gənclər və idman naziri Azad Rəhimovla görüşündə tam həllini tapacaq.

Avropa çempionatının paytaxtımızda gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulub. Yarışın konkret tarixi isə hələlik müəyyənləşməyib.
0