“O məğlubiyyəti “Karvan”a yaraşdırmadım”
26.02.2009 - 00:00
“O məğlubiyyəti “Karvan”a yaraşdırmadım”
Salyanın “Muğan” klubunda qrip epidemiyası yaranıb. Komandanın baş məşqçi əvəzi Nadir Qasımovun apasport.az saytına verdiyi məlumata görə, üç futbolçu – kapitan Tərlan Xəlilov, Elnur Abdullayev və Əli İsmayılov məşqlərdən kənarda qalıb: “Bu üç futbolçu naxoşlayıb. Onların hərarətləri yüksək olduğu üçün məşq prosesindən kənarda qalıb. Bununla belə, “Turan”la qarşıdakı ev oyununa ciddi hazırlaşıb, qələbə qazanmağa çalışacağıq. İlk dövrədə çalışdırdığım “Bakılı”dan 4 xal geridə olmağımız bizi narahat etmir. Keçmiş komandamın son turda “Karvan” üzərində qələbəsi sensasiyalı oldu. Yevlax klubunun “Xəzər-Lənkəran”la səfər oyununda heç-heçədən sonra “Bakılı”ya uduzması gözlənilməz oldu. Düzdür, meydanın vəziyyəti nəticəyə böyük təsir göstərdi. Ancaq hər halda, mən bu məğlubiyyəti “Karvan”a yaraşdırmadım”.
0