İqor Ponomaryov bəxtdən və futbolçulardan şikayətləndi
25.02.2009 - 22:52
İqor Ponomaryov bəxtdən və futbolçulardan şikayətləndi
“Birinci hissədə bəxtimiz gətirmədi. Yararan əlverişli vəziyyətlərdən istifadə etsəydik, hesabda irəli çıxardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənəkran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

Azərbaycan kubokunun ¼ finalında öz meydanında “Bakı”ya uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında Ponomaryov bildirib ki, rəqibin ikinci hissədə vurduğu qol oyuna təsir edib: “İkinci hissə başlayan kimi, gözlənilməz qol buraxdıq. Bu, futbolçulara çox pis təsir etdi. Heyətimizdəki bəzi futbolçular hələ ki formaya düşməyiblər. Bu gün bəxt də bizdən üz döndərmişdi”.
0