10 dəqiqəlik baş məşqçi...
26.02.2009 - 11:39
10 dəqiqəlik baş məşqçi...
Argentina milli komandasının sabiq hücumçusu Abel Balbo yeni antirekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı argentinalının baş məşqçi postundakı fəaliyyəti cəmi 10 dəqiqə çəkib.

İtaliyanın B seriyasında çıxış edən “Trevizo” klubunun sükanı arxasına keçən Balbo təyinatından sonra ilk məşqə çıxıb elə orada da istefa verdiyini açıqlayıb: “Mən karyeramdakı yeni səhifəni böyük həvəslə qəbul etdim. Ancaq təyinatımdan sonra keçən müddətdə başa düşdüm ki, burada işləyə bilmərəm”.

İtaliya həmkarlarımız argentinalının bu gözlənilməz qərarını səbəbini göstərib. Onların fikrincə, Balbonun komandaya gəlişi futbolçular tərəfindən çox pis qarşılandığı üçün məşqçi fikrini dəyişib.

Qeyd edək ki, Balbonun futbolçu karyerasının əsas hissəsi İtaliya ilə bağlıdır. O, əfsanəvi həmyerlisi Dieqo Maradona ilə Argentina yığmasında komanda yoldaşı olub.
0