Sezare Kuxarski: Azərbaycanda yaşayan futbolçular kifayət qədər yaxşı dolanırlar
26.02.2009 - 12:01
Sezare Kuxarski: Azərbaycanda yaşayan futbolçular kifayət qədər yaxşı dolanırlar
“Polşalıların Azərbaycana getməsi başadüşüləndir. Çünki orada bir çox ölkələrdən, məsələn, Avstriya və İsveçrə ilə müqayisədə daha çox pul qazanmaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Legiya” klubunun sabiq futbolçusu Sezare Kuxarski deyib.

Karyerasını Azərbaycanda davam etdirən ilk polşalılar Tomas Bobbel (“Neftçi”) və Tomaş Stolpanın (“Qəbələ”) meneceri olan Kuxarski müvafiq olaraq, Almaniya və İranı Azərbaycana dəyişən futbolçuların yerində olmaq istəmədiyini etiraf edib: “Şəxsən belə ekzotik ölkələrdə futbol oynamağı heç vaxt sevməmişəm. Təbii ki, futbol oynamaq istəyirəm, amma Polşada çox az qazanırlar. Bildiyimə görə, Azərbaycanda yaşayan futbolçular kifayət qədər yaxşı dolanırlar”.

Qeyd edək ki, Bobbel və Stolpa qış fasiləsində Azərbaycan klublarına transfer olunub.
0