Berti Foqts Cəmşid Məhərrəmovu milli komandaya qaytarır
26.02.2009 - 16:37
Berti Foqts Cəmşid Məhərrəmovu milli komandaya qaytarır
“Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmov Azərbaycan yığmasına çağırılacaq. Bu haqda apasport.az saytına paytaxtın eyniadlı komandasının baş məşqçisi Qyoko Hacıyevski məlumat verib.

26 yaşlı futbolçunu millinin almaniyalı çalışdırıcısı Berti Foqtsa təklif etdiyini bildirən Hacıyevskinin sözlərinə görə, Məhərrəmov Rusiya ilə martda keçiriləcək rəsmi oyun öncəsi hazırlığa cəlb edilə bilər: “Hər halda, təklifimi etdim və son söz Foqtsa məxsusdur. Onunla söhbətdən belə qənaətə gəldim ki, Məhərrəmov yığmanın martdakı toplanışına çağırılacaq. Cəmşidi Azərbaycanda ən yaxşı sağ cinah müdafiəçisi sayıram. Öz mövqeyində güclü futbolçudur və milli komandada oynamağa layiqdir”.

Xatırladaq ki, Məhərrəmov yığmada Hacıyevskinin dövründə debüt edib. Həmin vaxt üç oyun keçirən futbolçunu Foqts da heyətə çağırdı. Alman mütəxəssis Cəmşidi Bosniya və Herseqovina və Andorra ilə yoldaşlıq görüşünə dəvət etsə də, hər iki matçda onu ehtiyatda saxladı.
0