Azərbaycan yığması Gürcüstanla heç-heçə etdi
26.02.2009 - 17:00
Azərbaycan yığması Gürcüstanla heç-heçə etdi
Sumqayıtda təlim-məşq toplanışı keçirən Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası ilk yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının gələn ay keçiriləcək ikinci seçmə mərhələsinə hazırlaşan Bernard Lippertin yetirmələri Gürcüstanın 17 yaşlılardan ibarət komandası ilə qarşılaşıb. Xocalı faciəsinin ildönümü ilə əlaqədar hər iki komandanın qara sarğı ilə meydana çıxdığı görüş qolsuz heç-heçə ilə bitib.

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın 17 yaşlılardan ibarət milli komandaları fevralın 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ikinci yoldaşlıq oyununu keçirəcək.
0