“Xəzər-Lənkəran”ın oyununun vaxtı dəyişdirildi
27.02.2009 - 09:00
“Xəzər-Lənkəran”ın oyununun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasının XVI turunda keçiriləcək "Xəzər-Lənkəran" - "Bakılı" oyununun vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Lənkəran şəhər stadionunda baş tutacaq qarşılaşma əvvəl nəzərdə tutulduğundan 4 saat tez başlayacaq. Belə ki, martın 1-də keçiriləcək oyun saat 18:00-da deyil, 14:00-da başlayacaq. Premyer Liqa və ölkə kubokunun əsasnaməsinə görə fevralda keçirilən matçlar saat 14:00-da başlamalı olsa, da lənkəranlılar əvvəlcə bu oyunun saat 18.00-da keçirilməsini istəyirdilər.
0