“Qalatasaray” antirekordçu oldu
27.02.2009 - 10:55
“Qalatasaray” antirekordçu oldu
UEFA kubokunun 1/8 finalına yüksələn “Qalatasaray” eyni zamanda antirekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” bu yarışın tarixinə ən tez qol buraxan komanda kimi düşüb.

Belə ki, istanbullular “Bordo” ilə 1/16 final mərhələsinin cavab matçının 6-cı saniyəsində qapılarında qol görüblər. Bellionun vurduğu qol “Qalatasaray”ın antirekordçuya çevrilməsi ilə nəticələnib.

Hər halda, Türkiyə təmsilçisi oyunun gedişində buraxdığı topun əvəzini artıqlaması ilə çıxıb - 4:3. İlk görüş qolsuz bərabərliklə başa çatdığından, növbəti tura məhz “Qalatasaray” vəsiqə qazanıb.
0