“Xəzər-Lənkəran” azarkeşləri yenə “fərqləndilər”
27.02.2009 - 12:46
“Xəzər-Lənkəran” azarkeşləri yenə “fərqləndilər”
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri ölkə kubokunun ¼ final mərhələsinin ilk matçlarında baş verən hadisələri müzakirə edərək, uyğun qərarlar verib.

"Qarabağ" - "Neftçi" matçında ağdamlıların 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması meydan sahiblərinə 1000 manata başa gəlib. "Xəzər-Lənkəran" - "Bakı" görüşündə isə hər iki komanda cəriməyə layiq görülüb. "Xəzər-Lənkəran" 4 futbolçusunun sarı vərəqə alması üçün 1000, oyunun 89-cu dəqiqəsində meydançaya plastik qab atıldığı üçün 2000 manat cəzalandırılıb. Matçın 90+3 dəqiqəsində meydandan qovulmaqla, "Bakı"nı azlıqda qoyan Aleksandar Tomaş 1 oyunluq kənarlaşdırılıb və komandasını 200 manat ziyana salıb.

mənbə: pfl.az
0