Foqts Ruslan Əmircanovla maraqlanır
27.02.2009 - 13:54
Foqts Ruslan Əmircanovla maraqlanır
Bakının “Standard” klubunun baş məşqçisi Badri Kvaratsxeliya Azərbaycan milli komandasını çalışdıran Berti Foqtsla görüşdən razı qalıb. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis alman həmkarı ilə bu gün AFFA-nın inzibati binasında görüşüb: “Söhbətimiz maraqlı alındı. Foqts “İnter”lə oyunumuza baxıb. Söhbət zamanı bəzi oyunçularımızla maraqlandığını söylədi. Üstəlik, Zeynal Zeynalovun hazırkı durumunu öyrəndi. Hazırda Zeynal sağalır və onun Rusiya ilə oyuna qədər formaya düşəcəyini gözləyirəm. Bundan başqa, Foqts Ruslan Əmircanovla maraqlandığını gizlətmədi. Hesab edirəm ki, belə görüşləri tez-tez keçirmək lazımdır”.

Qeyd edək ki, Foqts mütəmadi milliyə çağırdığı 29 yaşlı yarımmüdafiəçi Zeynal Zeynalovu martın 2-dən 5-dək Almaniyada keçiriləcək təlim-məşq toplanışına aparmayacaq. 24 yaşlı müdafiəçi Ruslan Əmircanov isə alman mütəxəssisin dövründə Bosniya və Herseqovina yığması ilə yoldaşlıq görüşündə meydana çıxıb və həmin vaxtdan bu yana milliyə dəvət almayıb

Mənbə: affa.az
0