Berti Foqts: 8 il bu sistemin səmərəsini görmüşəm
27.02.2009 - 14:05
Berti Foqts: 8 il bu sistemin səmərəsini görmüşəm
“Klubların baş məşqçiləri ilə görüşlərim son dərəcə işgüzar şəraitdə keçir. Çünki fərdi görüşlərdə fikir mübadiləsi aparmaq üçün geniş imkanlar yarandığından, daha açıq danışmaq mümkündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

AFFA-nın rəsmi internet saytına açıqlama verən almaniyalı mütəxəssis klub məşqçiləri ilə apardığı görüşlər haqda fikrini bildirib: “Mən həmkarlarımın problemləri ilə də ətraflı tanış olduqdan sonra bütün bu məsələləri ümumiləşdirərək, AFFA rəhbərliyinə hesabat verəcəyəm. Belə görüşləri Azərbaycanda futbolun inkişafı baxımından yüksək qiymətləndirirəm. Almaniyada işlədiyim dövrdə 8 il bu sistemə üstünlük vermişəm və səmərəsini görmüşəm”.
0