Paytaxt derbisində zirvə döyüşü
27.02.2009 - 15:11
Paytaxt derbisində zirvə döyüşü
Sabah Azərbaycan Premyer Liqasında XVI turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionunda keçiriləcək “İnter” - “Bakı” matçını nəinki turun, hətta mövsümün əsas görüşü olacağını desək, yanılmarıq.

Turnir cədvəlinin önlərində qərarlaşan bu komandaların Bakı derbisi zirvə döyüşü olacaq. Düzdür, mövsümün bitməsinə hələ çox qalsa da, hər halda, paytaxt təmsilçilərinin qarşılaşması çempionluğun taleyinə müəyyən mənada aydınlıq gətirə bilər. Hazırda lider olan son Azərbaycan çempionu növbəti qələbəsini qazansa, “Bakı” ilə xal fərqini 5-ə çatdıracaq. Bu, Premyer Liqada 21 oyundur (321 gün) uduzmayan “İnter” üçün titulunu qorumaq uğrunda mübarizədə böyük üstünlük olacaq. Ukraynalı mütəxəssis Valentin Xodukinin komandası çempionatda sonuncu dəfə ötən ilin aprelin 13-də “Xəzər-Lənkəran”a səfərdə yenilib. Həmin vaxt “bankirlərin” heyətində olan və karyerasında 9-cu çempionluğu qazanan Mahmud Qurbanov qış fasiləsində “Bakı”ya keçdi. İndi 36 yaşlı yarımmüdafiəçi keçmiş komandası ilə görüşəcək.

Turda Premyer Liqada qalmaq uğrunda mübarizə baxımından da maraqlı görüş olacaq. Bu, Salyandakı stadionunda yenidənqurma işləri getdiyi üçün ev oyunlarını müvəqqəti “Şəfa”da keçirən “Muğan”la “Turan”ın görüşüdür. Cari mövsümdə qələbə qazana bilməyən yeganə komanda olan “Turan” bu uğursuz seriyanı davam etdirəcəyi halda, tarixində ilk dəfə güclülər dəstəsində yerini qorumaya bilər. “Muğan” isə cari mövsümdə yeganə qələbəsini (1:0) məhz Tovuzda qazanıb və həmin vaxt komanda NBC adlanırdı. Vladislav Qədirovun istefasından sonra “Muğan”ın baş məşqçi postu müvəqqəti tapşırılan Nadir Qasımov qələbə qazanmaqla, ona bəslənilən ümidləri doğrultmalıdır.

“Bakılı”nın “Xəzər-Lənkəran”la səfər oyununda qalib gəlməsinin çətin olduğunu nəzərə alsaq, “Muğan” qələbə qazanmaqla 11-ci pillədəki mövqeyinə bir qədər də yaxınlaşmış olacaq. “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov nəhayət, Lənkəranda ilk qələbəsini qazanmalıdır. Təbii ki, ötən tur “Karvan”ı yenən “Bakılı” növbəti sürpriz etməsə.

28 fevral

14:00. "Karvan" - "Olimpik"

Baş hakim: İmanxan Sultani
Yevlax. Şəhər stadionu

14:00. "Qarabağ" - "Standard"
Baş hakim: Anar Niyazov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

15:00. "İnter" - "Bakı"
Baş hakim: Zöhrab Qədiyev
Bakı. “Şəfa” stadionu

1 mart

14:00. MOİK - "Simurq"

Baş hakim: Vüsal Əliyev
Bakı. “Şəfa” stadionu

14:00. "Xəzər-Lənkəran" - "Bakılı"
Baş hakim: Ceyhun Haşımov
Lənkəran. Mərkəzi şəhər stadionu

16:00. "Neftçi" - "Qəbələ"
Baş hakim: Əfqan Həmzəyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:30. "Muğan" - "Turan"
Baş hakim: Babək Quliyev
Bakı. “Şəfa” stadionu

Turnir cədvəli

 

komandalar

o

q

h

m

t

x

1

İnter

15

11

4

0

31-8

37

2

Bakı

15

11

2

2

36-6

35

3

Simurq

15

10

4

1

21-8

34

4

Qarabağ

15

9

3

3

23-15

30

5

Xəzər-Lənkəran

15

9

3

3

25-12

30

6

Karvan

15

8

2

5

20-13

26

7

Olimpik

15

7

4

4

17-12

25

8

Standard

15

6

2

7

13-17

20

9

Qəbələ

15

5

3

7

19-14

18

10

Neftçi

15

4

4

7

13-14

16

11

Bakılı

15

2

3

10

11-36

9

12

Muğan

15

1

2

12

9-30

5

13

MOİK

15

1

2

12

6-31

5

14

Turan

15

0

4

11

3-31

4



Bombardirlər: Amiran Muciri (“Bakı”), İvan Svetkov (“Xəzər-Lənkəran”) – 10
0