Yığmamız üçün Belçikadan nümayəndə
27.02.2009 - 16:07
Yığmamız üçün Belçikadan nümayəndə
Azərbaycan futzal yığmasının oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, martın 19-dan 22-dək Portuqaliyada Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarında iştirak edəcək milli komandamızın yer aldığı 6-cı qrupda hakim-inspektor sloveniyalı Stefan Tivold, UEFA nümayəndəsi belçikalı Alekssis Ponne olacaq.

Qeyd edək ki, yığmamız meydan sahibləri ilə yanaşı, Polşa və Finlandiya ilə bir qrupda yer alıb.
0