Sissoko: Çempion olacağımıza əminəm
02.03.2009 - 19:15
Sissoko: Çempion olacağımıza əminəm
“Əminəm ki, mövsümü çempion kimi başa vuracağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun qapıçısı Xalidu Sissoko deyib.

Premyer Liqanın XVI turunda “İnter”i məğlub etməklə turnir cədvəlinin birinci pilləsinə yüksələn bakılıların seneqallı qapıçısı klubun rəsmi internet saytına iddialı açıqlama verib: "İnter"lə oyununa gəldikdə isə, həm oyunçular, həm da azarkeşlər bizdən yalnız qələbə gözləyirdilər. Bu oyunda qalib gələrək çempionluq yolunda daha bir inamlı addım atdıq”.

Qeyd edək ki, Sissoko “İnter”lə səfər matçında “Bakı”nın minimal hesabla qalib gəlməsində pay sahibi olub.
0