Avstriya milli komandasının baş məşqçisi istefaya göndərilib
03.03.2009 - 10:42
Avstriya milli komandasının baş məşqçisi istefaya göndərilib
Çexiyalı mütəxəssis Karel Brükner Avstriya milli komandasının baş məşqçi postundan uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Avstriya Futbol Federasiyası 70 yaşlı məşqçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Bu qərar Brüknerin federasiyanın prezidenti Leo Vindtnerlə söhbəti zamanı qəbul olunub. Vindtner buna qədər bəyan etmişdi ki, yığmanın çalışdırıcısı cari seçmə mərhələ çərçivəsində Rumıniya ilə qarşıdakı görüşdə uduzacağı halda, işindən azad olunacaq. Ancaq tərəflər matçı gözləməməyi qərara alaraq, yollarını ayırıblar. Avstriya millisi Brüknerin rəhbərliyi altında cari seçmə mərhələdə keçirdiyi dörd oyunda dörd xal toplayıb.
0