Braziliyalı gözəlçə, Andre Ladaqa və Azərbaycan yığması
03.03.2009 - 11:23
Braziliyalı gözəlçə, Andre Ladaqa və Azərbaycan yığması
Azərbaycan milli komandasının Braziliyada da azarkeşləri var. Apasport.az saytının məlumatına görə, məşhur “Flamenqo” klubunun pərəstişkarı olan xanımlardan biri üçün yığmamızda oynamış Andre Ladaqa yad deyil.

“Flamenqo” klubunun azarkeş saytlarının birində fikrilərini bölüşən Zeze adlı gözəlçə məhz Ladaqaya görə milli komandamızla maraqlanır: “Andre Ladaqa mənim yaxın dostumdur. Braziliyalı olsa da, Azərbaycan yığmasında oynayır”.

Qeyd edək ki, ölkəmizdə 4 ilə yaxın “Bakı”da çıxış edən Ladaqa paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. Şahin Diniyevin dövründə yığmamıza dəvət olunan braziliyalı bu komandada 11 matça 1 qol vurub.
0