Yığmamızı bəyənməyən futbolçu ilbizləri çiy-çiy yedi
03.03.2009 - 12:10
Yığmamızı bəyənməyən futbolçu ilbizləri çiy-çiy yedi
İtaliya yığmasının və “Milan”ın 33 yaşlı yarımmüdafiəçisi Cennaro Qattuzo restoranların birində şam yeməyi zamanı dostlarına mərc təklif edib. Apasport.az saytının məlumatına görə, futbolçu iddia edib ki, ilbizləri bişməmiş halda yeyə bilər. Dostlarının hərəsi ortaya 500 avro qoyublar. İlbizlərin hamısını yeyən Cennaro bu üsulla 25 min avro qazanıb: “Bu qədər pula nə desən yeyərdim. Yaxşı ki ölmədim”.

Xatırladaq ki, Qattuzo az öncə “Yuventus”un 29 yaşlı hücumçusu Amaurinin Braziliya, yoxsa İtaliya yığmasını seçməklə bağlı tərəddüdünə münasibət bildirərkən, Azərbaycana sataşmışdı. O, “Amauri yaxşı futbolçudur. Əvvəlcə Braziliyada oynamaq istəyirdi. Sonra İtaliya yığmasında çıxış etmək istədiyini dedi. Ancaq biz Azərbaycan və ya Finlandiya deyilik, İtaliyayıq” demişdi.
0