Sabrinin qolu Albayrakı necə sevindirdi? - VİDEO
03.03.2009 - 14:09
Sabrinin qolu Albayrakı necə sevindirdi? - VİDEO
“Qalatasaray” klubunun UEFA kubokunun 1/8 final mərhələsinə yüksəlməsi Türkiyədə böyük sevinclə qarşılanıb. Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi “Bordo”nu 1/16 finalın cavab matçının son dəqiqəsində vurulan qolla keçən istanbulluların sabiq rəhbərləri də uğura biganə qalmayıblar.

“Qalatasaray” futbol şöbəsinin sabiq başçısı Əbdürəhim Albayrak da sevinənlər arasında olub. Qələbəyə uşaq kimi sevinən Albayrakın özünü belə aparması Türkiyə mətbuatında da təəccüb doğurub. Hərçənd həkimlər oyun günü qrip olan Albayrakın stadiona getməsini məsləhət görməmişdi. Bu səbəbdən qarşılaşmanı öz iş otağında izləməyə məcbur olan sabiq klub rəsmisi stadionda olmasa belə, sevincini çılğınlıqla büruzə verib. O, Sabrinin qələbə topunu vurmasında sonra hətta huşunu itirib.

Qeyd edək ki, “Qalatasaray” səfərdə qolsuz bitən matçdan sonra “Bordo”nu öz meydanında 4:3 hesabı ilə məğlub edib.
0