Medvedin xatirə turnirinə 7 güləşçimiz qatılacaq
03.03.2009 - 17:04
Medvedin xatirə turnirinə 7 güləşçimiz qatılacaq
Azərbaycanın qadın güləşçiləri Belarusun paytaxtı Minskdə 3 qat olimpiya, 7 qat dünya çempionu Aleksandr Medvedin xatirəsinə həsr olunmuş turnirdə qüvvələrini sınayacaqlar. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin şərəfini 7 pəhləvan qoruyacaq.

Bunlar Mariya Stadnik, Əminə Abbasova (hər ikisi 48 kq), Yelena Komarova (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanovadır (72 kq). Nazim Əlicanovun yetirmələri qarşıdakı yarışa elə Minskdə hazırlaşırlar. Turnir martın 7-8-də baş tutacaq.
0