Lam: Uli Ştaynla aramızda heç bir problem yoxdur
03.03.2009 - 18:07
Lam: Uli Ştaynla aramızda heç bir problem yoxdur
Azərbaycan yığmasının məşqçisi Uli Ştayn “Arminiya” klubunu çalışdıra bilməz. Apasport.az saytının məlumatına görə, Bilefeld təmsilçisinin sabiq çalışdırıcısı Rudiger Lam bu qənaətdədir.

O, yığmamızın qapıçılarla işləyən məşqçisi Ştaynın “Arminiya”ya rəhbərlik etmək şanslarını sıfıra bərabər sayır. Lam Almaniya milli komandasının sabiq qapıçısının bu vəzifəyə təyin olunacağı ilə bağlı söz-söhbətə münasibət bildirib: “Uli Ştaynla aramızda heç bir problem yoxdur. Amma mən fikirləşirəm ki, yüz il qala “Arminiya” Ştayna dəvət göndərməz”.

Qeyd edək ki, Almaniya Bundesliqasında çıxış edən “Arminiya” aşağı dəstəyə düşməmək uğrunda mübarizə aparır.
0