Bu da oldu: romantik cütlük meydançanın ortasında! - FOTO
03.03.2009 - 19:27
Bu da oldu: romantik cütlük meydançanın ortasında! - FOTO
Almaniyanın ikinci liqasının son turunda “Münhen-1860” - “St. Pauli” matçında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın gedişində gözlənilmədən iki fanat - bir kişi və bir qadın meydançaya giriblər.

Bədənlərini futbol formasına uyğun rəngləyən cütlük meydançada olduğu 1-2 dəqiqəni çox romantik keçirib. Onlar meydançanın ortasında dayanaraq, öpüşüblər.

Elə bu an asayiş keşikçiləri özlərini onlara yetiriblər. Təhlükəsizlik işçiləri bir-birinin əlindən tutmuş mehriban cütlüyü meydançadan çıxarıblar.

Bu mənzərə həm futbolçuların, həm də azarkeşlərin təəccübünə səbəb olub. “Münhen-1860” klubunun 5:1 hesablı qələbəsi ilə başa çatan oyunda ən çox yaddaqalan qollar yox, iki fanatın qeyri-adi davranışı olub.
0