“Azərbaycanda stadionlar bərbad vəziyyətdədir”
04.03.2009 - 11:44
“Azərbaycanda stadionlar bərbad vəziyyətdədir”
“Bakı gözəl şəhərdir. Özümü burada çox sərbəst hiss edirəm. Bakı barədə çox eşitmişdim, indi gözlərimlə bunun şahidi oldum”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın xorvatiyalı qapıçısı Marko Şarliyanın qardaşı Dubravko klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycana qardaşını ziyarət etməyə gələn Dubravko paytaxtımızın gözəlliyindən valeh olub: “Mənə maraqlı gələn sürücülərin yol hərəkəti qaydalarına bir qədər dəqiq riayət etməməkləri oldu. Lakin bu, o demək deyil ki, şəhərinizdən razı deyiləm. Yenə də təkrar edirəm ki, Bakı həqiqətən də gözəl şəhərdir”.

Futbolumuz haqda da fikirlərini bölüşən qonaq sürücülərimiz kimi meydançalarımızdan gileylənir: “Azərbaycan futbolu haqda ilk öncə onu demək istərdim ki, meydançalarınız bərbad vəziyyətdədir. Bu meydanlarda oynamaq çətindir. Texnikalı futbol oynadığınızın şahidi oldu və bu oyun üslubu dünyada bəyənilir. Onu da bilirdim ki, klub bazası və stadionunun tikintisi gedir. Bu məni çox sevindirdi. Klub bazası olandan sonra inkişaf qaçılmazdır. İnanıram ki, gələcəkdə Azərbaycan futbolu daha da irəli gedəcək. Qardaşımın və çıxış etdiyi "Bakı" klubunun bu irəliləyişdə böyük rolu olacaq”.
0