Şok: Yığmanın 3 futbolçusu Almaniyada itib
04.03.2009 - 13:27
Şok: Yığmanın 3 futbolçusu Almaniyada itib
Əfqanıstan Futbol Federasiyasının rəhbərliyi şok yaşayır. Apasport.az saytının məlumatına görə, bunun səbəbi ölkənin 16 yaşlılardan milli komandasının 1 məşqçi və 3 futbolçusunun Almaniyada itməsidir.

Belə ki, Ştutqart şəhərində təlim-məşq toplanışı keçən Əfqanıstanın U-16 yığması vətənə tam heyətlə qayıda bilməyib. Əfqanıstan Futbol Federasiyasının prezidenti Kramuddin Kərim hadisə barədə bunları deyib: “Fevralın 22-də, Almaniyadan qayıtmağa bir gün qalmış 1 məşqçimiz və 3 futbolçumuz itib. On gündür onlardan xəbərimiz yoxdur”.

İtkin düşmüş şəxslərin federasiya rəsmiləri ilə probleminin olmadığı bildirilir. Maraqlıdır ki, bundan öncə də əfqan idmançılar xarici ölkələrdə itiblər. Lakin sonradan peyda olan həmin idmançıların qəsdən qaçdıqları müəyyənləşib.
0