Yığmamızın oyunlarını kim idarə edəcək?
04.03.2009 - 15:00
Yığmamızın oyunlarını kim idarə edəcək?
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının Avropa çempionatının elit-raundunda oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Bernard Lippertin çalışdırdığı komandamızın görüşlərinə Latviya, Lüksemburq və Slovakiyadan olan hakimlər təyinat alıb. Slovakiyalı Vladimir Vnuk iki matçımızı idarə edəcək. Qrupda iki oyunda hakim-inspektorla UEFA nümayəndələri eyni şəxslər olacaq. Son matçda isə şotlandiyalı Robert B.Valentayn həm hakim-inspektor, həm də UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

19 mart

Hollandiya – Azərbaycan
Baş hakim:
Vadims Direktorenko (Latviya)
Hakim-köməkçiləri: Haralds Qudermanis (Latviya), Karl Hoffman, Kris Reys (hər ikisi Lüksemburq)
Hakim-inspektor: Pyotr Verner (Polşa)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Mondorf le Ben. “Con Qrün” stadionu. Saat 22:00

21 mart

Xorvatiya – Azərbaycan
Baş hakim:
Vladimir Vnuk (Slovakiya)
Hakim-köməkçiləri: Tomaş Mokoş (Slovakiya), Karl Hoffman, Kris Reys (hər ikisi Lüksemburq)
Hakim-inspektor: Pyotr Verner (Polşa)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Petanj. “Munisipial” stadionu. Saat 19:00

24 mart

Azərbaycan – Lüksemburq
Baş hakim:
Vladimir Vnuk (Slovakiya)
Hakim-köməkçiləri: Tomaş Mokoş (Slovakiya), Haralds Qudermanis, Vadims Direktorenko (hər ikisi Latviya)
Hakim-inspektor və UEFA nümayəndəsi: Robert B. Valentayn (Şotlandiya)
Petanj. “Munisipial” stadionu. Saat 22:00

Qeyd edək ki, yalnız qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.
0