Futbolçumuzun komandası 1 dollara satılır
04.03.2009 - 15:22
Futbolçumuzun komandası 1 dollara satılır
Azərbaycan yığmasının sabiq hücumçusu Daniel Axtyamovun şərəfini qoruduğu Moskva “Torpedo”su satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, komanda cəmi bir dollara satılır.

Klubun Direktorlar Şurasının sədri Vladimir Alyoşin bildirib ki, komandanın bu məbləğə təhvil verməyə hazırdır. “Torpedo”nun inkişafı üçün istənilən variantları nəzərdən keçirməyə hazır olan rəhbərlik bir dollara klubla yanaşı, bütün atributlarını da qarşı tərəfə vermək niyyətindədir. Ancaq bunun üçün irəli sürülən əsas şərt potensial sahibkarların maliyyə sabitliyinə zəmanətin əldə edilməsi və düzgünlüyün olmasıdır.

Qeyd edək ki, mövsümün yekununa əsasən ikinci diviziona düşən “Torpedo” ötən mövsümlərarası fasilədə Axtyamovla iki illik müqavilə imzalamışdı.
0