“Qabriela Ronaldonun əsl Don Juan olduğunu yaxşı anlayır”
04.03.2009 - 17:46
“Qabriela Ronaldonun əsl Don Juan olduğunu yaxşı anlayır”
İngiltərənin “Mançester Yunayted” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldonun yeni sevgilisi bəlli olub. Apasport.az saytının məlumatına görə, 2008-ci ildə dünya və Avropanın ən yaxşısı seçilən 24 yaşlı yarımmüdafiəçi indi də braziliyalı fitness təlimatçısı Qabrielaya aşiq olub.

Ronaldo özündən üç yaş böyük gözəlçə ilə Portuqaliyanın gecə klublarından birində tanış olub. Atletik bədəninə heyran olduğu Qabriela ilə tanış olduqdan sonra, onu futbola dəvət edib. Hətta Portuqaliya və Finlandiya yığmaları arasında keçirilən matça xanımı aparıb-gətirəcək maşını da icarəyə götürüb. Lissabon yaxınlığında yerləşən Sintre şəhərciyinin fitness zalında çalışan Qabriela sevgisinin dalınca Britaniyaya yollanıb.

Braziliyalı bir həftə Kriştianunun 4 milyon funt sterlinq dəyərində olan malikanəsində qonaq qalıb. Məsələyə aydınlıq gətirən Qabrielanın rəfiqəsi onların bir-birinə yaraşdığını bildirib: “Kriştianu Qabrielanın bədəninə vurulub. O, sevgilisinə qarşı diqqətlidir və romantikdir. Bir-birinə yaraşırlar. Lakin Qabriela Ronaldonun əsl Don Juan olduğunu da yaxşı anlayır”.

Qeyd edək ki, az öncə Ronaldo 18 yaşlı mançesterli tələbə Oliviya Sondersla yaxalanmışdı.
0