Futbolçu qız üstündə döyüldü
04.03.2009 - 18:41
Futbolçu qız üstündə döyüldü
Ukrayna “Metallurq”unun legionerləri xoşagəlməz vəziyyətlə üzləşiblər. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisinin futbolçuları dörd qızla birgə gecə klubundan çıxarkən dava-dalaşa düşüblər. Qızlardan birinə sataşan yad kişi onu öz maşınına sürüyüb. Həmin qız dostlarından ayrılmaq istəmədiyi üçün müqavimət göstərib. Bu zaman qızın müdafiəsinə qalxan “Metallurq”un bolqar futbolçusu Velizar Dimitrov sifətindən ciddi xəsarət alıb. Burnu və qabırğası sınan oyunçunun beyni də silkələnib. Dimitrov komanda yoldaşı Vladimir Dişlenkoviçin köməyi sayəsində daha pis fəsadlardan xilas ola bilib. Belə ki, “Metallurq”un serb qapıçısı dava-dalaşı dayandıra bilərək, Velizarı evinə aparmağa müvəffəq olub. Futbolçular hadisə yerinə milis işçilərini çağırmadıqları üçün bu insident hüquq-mühafizə orqanlarında qeydiyyata alınmayıb. Bununla belə, intensiv müalicə kursu keçməli olan Dimitrov “Xarkov” və “Zarya” ilə oyunlarda komandasına kömək edə bilməyəcək.
0