Rusiya - Azərbaycan görüşü baş tutmaya bilər
05.03.2009 - 00:51
Rusiya - Azərbaycan görüşü baş tutmaya bilər
Sabah İranda sərbəst güləş Dünya Kuboku turnirinə start veriləcək. Apasort.az saytının FİLA-nın rəsmi internet səhifəsinə istinadən məlumatına görə, İran, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Kuba, Gürcüstan və Azərbaycan yığmasının mübarizə aparacağı yarışda xalça üzərinə çıxacaq bütün idmançılar müəyyənləşib.

Tehranda keçiriləcək yarışda ölkəmiz 7 mümkün çəki dərəcəsinin hər birində iki pəhləvanla təmsil olunacaq. Belə ki, yığmamızın baş məşqçisi Maqomedxan Aratsilovun rəhbərliyi altında mübarizəyə Abil İbrahimov, Ceyhun Əliyev (hər ikisi 55 kq), Zəlimxan Hüseynov, Cəlal Süleymanov (hər ikisi 60 kq), Cəbrayıl Həsənov, Xaqan Süleymanov (hər ikisi 66 kq), Çamsulvara Çamsulvarayev, Aqil Quliyev (hər ikisi 74 kq), Novruz Temrezov, Hacı Əlicanov (hər ikisi 84 kq), Xetaq Qazyumov, Mehman İmanquliyev (hər ikisi 96 kq), Əli İsayev və Mixail Qazzayev (hər ikisi 120 kq) qoşulacaq.

Turnirin reqlamentinə görə, yığmalar hər birində dörd komanda olmaqla, iki qrupa bölünəcək və qrup qalibləri mükafatlar uğrunda mübarizə aparacaqlar.
0