Van der Sarı dayandırdılar
05.03.2009 - 10:54
Van der Sarı dayandırdılar
Hollandiya yığmasının və “Mançester Yunayted” klubunun qapıçısı Edvin van der Sarın quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, 39 yaşlı futbolçu İngiltərə Premyer Liqasının XXVIII turunun “Nyukasl”la matçında qapısından qol buraxıb. Bu görüşədək 1302 dəqiqəlik seriyaya malik Edvini meydan sahiblərinin hücumçusu Peter Lovenkrands dayandırıb. Oyunun 9-cu dəqiqəsində hesabı açan hollandiyalı hücumçu həmyerlisinin 1311-də dayanmasının səbəbkarı olub. Hələ Nyukasl səfərinədək dünya futbol tarixində dördüncü göstəriciyə malik olan Sar ilk “üçlüy”ə daxil ola bilməyib.

Qeyd edək ki, mançesterlilər “Nyukasl”la qarşılaşmada 2:1 hesabı ilə qalib gələ bilib.
0