“İnter”in futbolçusu ölümdən döndü
05.03.2009 - 10:56
“İnter”in futbolçusu ölümdən döndü
İtaliyanın “İnter” klubunun hücumçusu Mario Ballotelli ölümdən dönüb. Apasport.az saytının məlumatına görə, gənc futbolçu ölkə kuboku uğrunda “Sampdoriya” ilə görüşdə xoşagəlməz olayla üzləşib. Ballotelli oyunun 63-cü dəqiqəsində birdən huşunu itirərək, meydanın ortasında yerə yıxılıb. Matçı davam etdirə bilməyən hücumçunu xərəkdə meydandan aparıblar, komandanın baş məşqçisi Joze Mourinyo isə məcburi əvəzləməli olub. Marionun özündən getməsinin səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Ballotelli son turda “Roma” ilə görüşdə (3:3) etdiyi “dubl”la komandasına xal qazandırıb.
0