AFFA-nın baş katibi “Barselona” klubunun prezidenti ilə görüşüb - EKSKLÜZİV
05.03.2009 - 14:54
AFFA-nın baş katibi “Barselona” klubunun prezidenti ilə görüşüb - EKSKLÜZİV
AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktor Bernard Lippertin İspaniyaya səfəri kifayət qədər işgüzar alınıb. Apasport.az saytının məlumatına görə, assosiasiya rəsmiləri İspaniya Futbol Federasiyasının rəhbərliyi ilə yanaşı, daha bir vacib görüş keçiriblər.

Belə ki, Məmmədov və Lippert məşhur “Barselona” klubunun prezidenti Xuan Laporta ilə görüşərək, fikir mübadiləsi aparıblar. Əldə etdiyimiz məlumata görə, görüş zamanı AFFA və “Barselona” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu qəbildən müzakirələr gələcəkdə də davam etdiriləcək. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə, AFFA və “Barselona”nın əməkdaşlığı barədə müqavilə imzalanacaq.

Qeyd edək ki, milli assosiasiyamız artıq bir müddətdir İspaniyanın “Real”, Almaniyanın “Ayntraxt” və qitənin digər tanınmış klubları ilə əməkdaşlıq edir.
0