Premyer Liqada qan su yerinə axanda... FOTO
06.03.2009 - 13:21
Premyer Liqada qan su yerinə axanda...  FOTO
Zədə futbolun qaçılmaz bəlasıdır. Demək olar, hər matçda oyunçular zədələnir, onların səhhətində problem yaranır. Mübarizə zamanı aldıqları zədə ucbatından futbolçuların hətta qan itirmələrinə da rast gəlmək mümkündür.

Apasport.az saytı belə epizodların əks olunduğu fotoları təqdim edir. Əksəriyyəti İngiltərə Premyer Liqasına aid olan bu şəkillərdə futbolçuların müxtəlif nahiyələri qan içində görüntüyə gəlir. Beləliklə...

1. 1989-cu ilində İngiltərə yığmasının üzvü Terri Batçer İsveçlə oyunda sıradan çıxır və belə qorxulu vəziyyət düşür.

2. “Tottenhem”li Conatan Vudqeyt rəqibi ilə toqquşmada zədə alıb. O, yalnız komanda yoldaşı Vedran Çorlukanın köməyi ilə meydanın kənarına çıxa bilir.

3. Hazırda “Portsmut”un şərəfini qoruyan Piter Krauç “Liverpul”da oynadığı dövrlərdə bu vəziyyətlə üzləşmişdi. 2006-cı ildə “Mançester Yunayted”lə qarşılaşmada uzunboylu hücumçu burun nahiyəsindən zədələnmişdi.

4. “Çelsi”li Qreym Le So “Arsenal”la matçdan sonra həm sevinir, həm də məyus olur. Axı, komandası 3:2 hesabı ilə qalib gəldiyi halda, onun üzü qan içindədir.

5. “Vest Hem”in əfsanəvi futbolçularından sayılan Elvin Martin 1985-ci ildə keçirilmiş bir oyunda tanınmaz hala düşmüşdü.

6. Tarix: 1998-ci il. Məkan: Fransa. İngilis futbolçu Pol İns başı sarıqlı mübarizə aparmaq məcburiyyətində qalıb.

7. “Nyukasl”lı Obafemi Martinslə toqquşmadan sonra “Mançester Yunayted”in müdafiəçisi Nemanya Vidiçin gözünün altı qaralıb.

8. Yenə “Nyukasl” haqda. Bu dəfə “sağsağanlar”ın üzvü səbəbkar yox, zərərçəkən qismindədir. Alan Şirer 1993-cü ildə “Aston Villa” ilə 1:1 hesabı ilə yekunlaşan görüşdə başını “qurban” verməli olub.

9. “Arsenal”lın sabiq futbolçusu Freddi Lyunqberq “Mançester Yunayted”li Mikael Silvestr ilə toqquşub.

10. Həmin Silvester ötən il “Arsenal”a transfer olduqdan sonra Çempionlar Liqasının qrup mərhələsində “Fənərbaxça” ilə oyunda matçı yarımçıq dayandırmışdı.

11. “Lids”in yarımmüdafiəçisi Li Bauer 8 il öncə “Mançester Yunayted”lə görüşdə qansız ötüşə bilməmişdi.

12. “Lids”in digər futbolçusu Li Çampmanın isə qaşı partlasa da, oyunu davam etdirir.

13. Bu da “Qalatasaray” və Türkiyə yığmasının əslən azərbaycanlı futbolçusu Sərvət Çətin. Əzmkar müdafiəçi dəfələrlə başı sarıqlı, sifəti qanlı mübarizə aparıb. Hətta Sərvət uzun müddət baş qoruyucusu ilə meydançalara çıxıb.
0