Rəşad Sadıqovun komandası qələbə qazandı
08.03.2009 - 18:19
Rəşad Sadıqovun komandası qələbə qazandı
Türkiyə Superliqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Rəşad Sadıqovun çıxış etdiyi “Kocaelispor” klubu öz meydanında “Əskişəhərspor”la qarşılaşıb. Yığmamızın kapitanının 90 dəqiqə meydanda olduğu görüşdə İzmit təmsilçisi Taner Güllərinin vurduğu qolla 1:0 hesabıyla qələbə qazanıb. Hazırda kocaelilər 19 xalla turnir cədvəlində 17-ci yerdədir.
0