Subaşiç: Belqradda mənimlə cinayətkar kimi rəftar edirlər
10.03.2009 - 10:58
Subaşiç: Belqradda mənimlə cinayətkar kimi rəftar edirlər
“Hər şeydən əvvəl bir şeyi aydınlaşdırmaq istəyirəm: niyə mənimlə cinayətkar kimi rəftar edirlər?” Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç deyib.

Serbiyanın “Srvena Zvezda” klubunun transferə çıxardığı, lakin özünə komanda tapa bilməyən 27 yaşlı hücumçu Belqrad təmsilçisindən narazıdır: “Klubun idman direktoru İliya İviçlə görüşmək istəyirdim. Amma o, məndən qaçırdı, sanki mən cinayətkaram. Komandanın hazırlıqlarına aparmadıqlarından hansısa həvəskar kimi özüm məşq edirdim. İndi nə edəcəyimi də bilmirəm. Hər şey noyabrdan başladı. “Srvena Zvezda”nın birinci toplanışında iştirak etdim. Qayıtdıqdan sonra İviç mənə dedi ki, bəs yeni hücumçular almışıq. Bundan sonra sənin şans qazanacağın böyük sual altındadır”.

Qeyd edək ki, Subaşiç “Srvana Zvezda”nın heyətində ümumilikdə 15 oyun keçirib 4 qol vurub.
0