Fernando Meyranın “Zenit”ə keçidi təsdiqləndi
10.03.2009 - 14:32
Fernando Meyranın “Zenit”ə keçidi təsdiqləndi
“Qalatasaray”ın futbolçusu Fernando Meyranın “Zenit”ə transferi barədə yayılan xəbərlər təsdiqlənib. Apasport.az saytının məlumatına görə, tərəflər portuqaliyalı müdafiəçinin məsələsində 6 milyon avroya razılığa gəliblər.

Bununla bağlı “Qalatasaray” rəhbərliyi yaxın saatlarda rəsmi açıqlama verəcək. Meyranın martın 12-də Almaniyada UEFA kubokunun 1/8 finalının ilk matçında “Hamburq”a qarşı keçiriləcək matça aparılıb-aparılmayacağı hələlik bilinmir.

“Zenit” müqavilənin maddi dəyərini 3 mərhələdə ödəyəcək. Öncə “Qalatasaray”ın büdcəsinə 3 milyon avro nağd pul köçürüləcək. Qalan məbləğ isə İstanbul klubuna 2 dəfəyə veriləcək.

Türklər Meyranın transferindən qazanıblar. Çünki onlar 31 yaşlı müdafiəçini ötən ilin yayında “Ştutqart”dan 4,5 milyon avroya almışdılar.
0