Azərbaycan yığmasının fizioterapevti həmkarları ilə görüşəcək
10.03.2009 - 16:15
Azərbaycan yığmasının fizioterapevti həmkarları ilə görüşəcək
Azərbaycan milli komandasının fizioterapevti həmkarları ilə görüşəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmada bu funksiyanı yerinə yetirən Frank Udo Brenner müxtəlif yaş qruplarından ibarət milli komandalarda və Premyer Liqada çıxış edən klublarda çalışan masajçılarla görüşəcək. Martın 19-da baş tutacaq tədbir AFFA-nın inzibati binasında baş tutacaq. Brennerin həmkarları ilə görüşünün saat 15:00-da başlanması nəzərdə tutulub.
Qeyd edək ki, almaniyalı fizioterapevt ötən ilin mayından yığmamızda çalışır.
0