“Neftçi” hollandiyalı məşqçi Reekersi nə vaxt qovacaq?
10.03.2009 - 16:20
“Neftçi” hollandiyalı məşqçi Reekersi nə vaxt qovacaq?
Rob Reekers Bakının “Neftçi” klubunda fəaliyyətini davam etdirir. Apasport.az saytının məlumatına görə, flaqmanın alman baş məşqçisi Hans-Yurgen Gedeni istefaya göndərməsi holland mütəxəssisin da eyni aqibətlə üzləşməsinə səbəb olmayıb.

Gedenin ötən ilin sentyabrında “Neftçi”nin baş məşqçisi təyin olunanda özünə köməkçi götürdüyü Reekers qovulmayıb. Düzdür, Gede kimi o da atıq əsas komandada yer almasa da, hər halda, “Neftçi-2”də məşqçilik işini davam etdirir. Reekers bu komandanın baş məşqçisi olan Arif Əsədovun köməkçilərindən biridir. Əsədovun digər köməkçisi onunla vaxtilə bir yerdə oynamış Elmir Xankişiyevdir. “Neftçi” Gedenin Almaniyada da bir yerdə çalışdığı Reekerslə hələ ki sıralarında saxlamağı lazım bilib.

Qeyd edək ki, Gedeni qovan flaqman mövsümün sonuna qədər baş məşqçi postunu Böyükağa Ağayevə tapşırıb. Onun köməkçiləri İqor Getman və qapıçılarla işləyən məşqçi Faiq Əzizovdur.
0