“Qalatasaray”ın “Hamburq”la oyuna start heyəti açıqlandı
10.03.2009 - 16:53
“Qalatasaray”ın “Hamburq”la oyuna start heyəti açıqlandı
“Qalatasaray”ın baş məşqçisi Bülənt Korkmaz UEFA kubokunun 1/8 final mərhələsi çərçivəsində Almaniyanın “Hamburq” klubu ilə martın 12-də keçiriləcək ilk oyun üçün start heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un cari mövsümdə həm Superliqa, həm də UEFA kubokunda bombardiri olan çexiyalı hücumçu Milan Baroş cəza səbəbindən səfər matçını buraxacaq.

Milan Şabani Nonda ilə əvəzlənəcək. “Qalatasaray”ın start heyətində yer alan digər futbolçular “Bordo” ilə “Əli Sami Yen”dəki oyunda meydana çıxanlardır. Bunlar qapıçı Morqan De Santis, müdafiəçilər Fernando Meyra, Əmrə Aşık, Hakan Balta və Səbri Saroğlu, yarımmüdafiədə Barış Özbəy, Alhan Akman, Harri Kyuell və Arda Turandır. Əsas oyun qurucusu braziliyalı Kassio Linkoln hücumda Nondaya yardım edəcək. Arda ilə Kyuell “Hamburq”la oyun öncəsi müalicə kursu keçsələr də, artıq çalışmalara başlayan bu iki futbolçu matça qədər hazır olacaq. Vərəqə limitini aşmaq üzrə olan Meyra, Aşık və Linkoln Almaniyada sarı vərəqə alarsa, cəzalı duruma düşərək, cavab görüşünü buraxacaq.
0