Focaya 3 idmançı ilə
11.03.2009 - 11:58
Focaya 3 idmançı ilə
Azərbaycan qılıncoynadanları İtaliyaya yollanıblar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, səfərdə məqsəd Foca şəhərində keçiriləcək Dünya Kubokunun mərhələ yarışında iştirak etməkdir.

Qarşıdakı turnirdə 3 idmançımız mübarizə aparacaq. Bunlar Səbinə Mikina, Aidə Ələsgərova və Sevil Bünyatovadır. Qılıncoynadanlarımız yarışa baş məşqçi Tahir Həkimovun rəhbərliyi altında çıxacaqlar.
0