Fərid Mansurov çempion oldu
11.03.2009 - 20:29
Fərid Mansurov çempion oldu
Sumqayıt Paralimpiya Kompleksində gənclər arasında boks üzrə ölkə birinciliyinin qalibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Araz İmaməliyev (48 kq), Elnur Zeynalov (51 kq), Fərid Mansurov (54 kq), Tamerlan Abdullayev (57 kq), Heybətulla Hacıəliyev (60 kq), Sərvan Əliyev (64 kq), Emin Əhmədov (69 kq), Umar Kolayev (75 kq), Teymur Məmmədov (81 kq), Vətən Hüseynli (91 kq) və Fərid Paşayev (+91 kq) Azərbaycan çempionu adını qazanıblar.
Komanda hesabında birinci yeri “Rabitəçi” tutub. Yarışda 42 komandanın tərkibində 211 boksçu mübarizə aparıb.

Azər TAc
0