Daha 2 çempion müəyyənləşdi
12.03.2009 - 19:18
Daha 2 çempion müəyyənləşdi
Gənc güdoçular arasında Azərbaycan birinciliyində daha 2 çempion müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verdiyi məlumata görə, oğlanların yarışında 66 kq və 73 kq çəki dərəcələrində qaliblər bilinib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun idman zalında keçirilən birincilik sabah yekunlaşacaq. Axırıncı gündə 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində (oğlanlar) mübarizə gedəcək.

Qeyd edək ki, qızların çempionatında, eləcə də oğlanlar arasında 55 kq və 60 kq çəkilərdə qaliblər dünən məlum olub.

Cüdo birinciliyində ikinci günün nəticələri:

66 kq

1. Emin Fəqanoğlu (TİM-Sumqayıt)
2. Rüstəm Orucov (“Atilla-Bakı”)
3. Orxan Hacıağalı (“Neftçi-Zaqatala”)
3. Cəlil Həziyev (TİM-Sumqayıt)

73 kq
1. Paşa Nəbizadə (İDM-Sumqayıt)
2. Şamiq Əhmədli (“Neftçi”)
3. Seyran Mahmudov (“Neftçi”)
3. Orxan Dünyamalıyev (“Neftçi”)
0