Futbolçuları unuda bilməyən əsmər gözəlçə - FOTO
13.03.2009 - 13:36
Futbolçuları unuda bilməyən əsmər gözəlçə - FOTO
Tanınmış italiyalı model Sara Tommazi ötən günlərinin xiffətini çəkir. Apasport.az saytının məlumatına görə, 28 yaşlı gözəlçə futbolçularla sevgi münasibətlərini heç cür unuda bilmir. O, İtaliya A seriyasında çıxış edən oyunçuları tez-tez xatırlayır.

Çünki Tommazi yaxın keçmişdə Kristian Vyeri, Fabio Qalante, Valon Behrami ilə isti münasibətdə olub. Sonradan adı “Brend Şino” moda evinin rəhbəri Saymon Cankola ilə birgə çəkilən Saranın indi sevgilisi yoxdur.

“Cankola ilə aramızda heç bir intim əlaqə yaşanmayıb. Biz sadəcə, dost olmuşuq. Hazırda vaxtımın çoxunu serial çəkilişlərinə və televiziyadakı işlərimə sərf edirəm. Yenidən futbol dünyasına qayıtmağım, oyunçularla əlaqə qurmağım pis olmazdı” - deyə Sara vurğulayıb.

Qeyd edək ki, Tommazinin bədən ölçüləri 87-61-87-dir.
0