Qızla yaxalan azərbaycanlı basketbolçu cəzalandırıldı
13.03.2009 - 19:30
Qızla yaxalan azərbaycanlı basketbolçu cəzalandırıldı
Türkiyənin “Fənərbaxça Ülkər” klubunun azərbaycanlı basketbolçusu Rasim Başak cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb 29 yaşlı idmançının martın 8-də Türkiyə çempionatı çərçivəsində “Efes Pilsen”lə matçda rəqibə qarşı sərt oynamasıdır.

Türkiyə Basketbol Federasiyasının Nizam-İntizam Komitəsi Rasimi bir oyunluq diskvalifikasiya edib. O, növbəti turda meydançaya çıxa bilməyəcək.

Qeyd edək ki, Başakın atası azərbaycanlı, anası isə rusdur. 202 sm boya, 100 kq çəkiyə malik basketbolçu Türkiyə vətəndaşıdır və vaxtilə bu ölkənin milli komandasının şərəfini qoruyub. Rasim bir müddət öncə gecə klubundakı hərəkətinə görə də diqqəti cəlb etmişdi. Paparatsilər onu “Beşiktaş Cola Turka” qadın basketbol klubunun 18 yaşlı üzvü Qamze Zerenlə əyləndiyi yerdə yaxalamışdılar.
0