“Araz” klubunun baş məşqçisi istefaya göndərilib
16.03.2009 - 10:12
“Araz” klubunun baş məşqçisi istefaya göndərilib
Naxçıvanın “Araz” futzal klubunun baş məşqçisi Böyükağa Hacıyev istefaya göndərilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 51 yaşlı mütəxəssisin klubdakı fəaliyyəti 9 ay davam edib.

Ötən ilin iyulunda Məmmədqulu Zeynalovu əvəzləyən Hacıyevin istefaya göndərilməsi də səbəbsiz olmayıb. Belə ki, baş məşqçinin istefaya göndərilməsinin səbəbi onun qeyri-qənaətbəxş fəaliyyət göstərməsidir.

Qeyd edək ki, son illər ölkə çempionu olan “Araz” Hacıyevin rəhbərliyi altında futzal üzrə UEFA kubokunun ilkin mərhələsini adlasa da, elit mərhələsində qrup ikinciliyi ilə kifayətlənib həlledici mərhələdən kənar qalıb.
0