Şahin Diniyevə ilk qələbəni Zaur qazandırdı
16.03.2009 - 10:03
Şahin Diniyevə ilk qələbəni Zaur qazandırdı
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Rusiyaya qayıdışını qələbə ilə qeyd edib. Apasport.az saytının məlumatına görə, Qroznının “Terek” klubunun gənclərdən ibarət komandasını çalışdıran 43 yaşlı mütəxəssis bu postda keçirdiyi ilk rəsmi oyunda Nalçik “Spartak”ını üstələyib. Qroznıda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbə ilə nəticələnib. Diniyevə debütdə qələbəni Zaur Sadayevin “dubl”u qazandırıb. “Terek”in cari mövsüm üçün Rusiya Futbol İttifaqına göndərdiyi iştirak ərizəsində Diniyevin bu il sentyabrın 9-da 16 yaşı tamam olacaq Kərim də yer alıb. Ancaq yeniyetmə yarımmüdafiəçi “Terek”in ilk turdakı oyununda heç ehtiyat oyunçular skamyasında da yer almayıb.
Qeyd edək ki, “Terek”in əsas komandası da evdə “Spartak”ı minimal hesabla yenib – 1:0. Diniyev vaxtilə məhz bu komandanı aşağı divizionda çıxış edərkən çalışdırıb.
0